niyə?
Mənə müəyyən kitabları rəqəmsal şəkildə tapa bilməyən …
niyə?
Mənə müəyyən kitabları rəqəmsal şəkildə tapa bilməyən dostlarım tərəfindən çoxsaylı sorğular gəlirdi. Kitabları hər dəfə başqa chatlarda, kanallarda, vebsaytlarda axtarmalı olurdum. axırda axotum öldü :^)
Sonra da PDFlər özümə lazım olduğuna görə hər dəfə kitabları axtarmaqdan soyudum, spiderlily-i yaratmağa qərar verdim.
Abituriyentlər üçün faydalı bir resurs yaratmaq istəyirdim. Düzdü tam istədiyim kimi alınmasa da məncə istismara veriləsi vəziyyətdədir
necə?
Bu sayt Hugo şablonundan istifadə edilərək qurulub. Bu postu yazarkən, kitab səhifəsi redaktə olunmuş Calibre-Web-Automated ilə işləyir.
Hal-hazırda sorğu səhifəsini əlavə etməmişəm — nə qədər insanın bu saytı maraqlı tapacağını bilmirəm. Sorğular hələlik Telegram vasitəsi ilə qəbul ediləcək.
niyə spiderlily, başqa resurs yox?
Kitabların mühüm hissəsini başqa resurslarda — məsələn, mir.az və ya digər Telegram kanallarda tapa bilərsiz.
Fərq nədir?
- Yaxşı təşkil olunmuş metadata (lazım olan kitabı rahatlıqla tapa bilirsiz)
- Qeydiyyat tələb edilmir
- Reklam yoxdur
- nəm, məncə kitablar üçün bir ortaq yer olanda daha rahatdır
Əgər burda olmayan kitabı başqa resursa taparsızsa, fırladıb Telegramda mənə göndərin :). Hər halda tam olaraq “fırladmaq” sayılmır, çünki bütün yüklədiyim kitabların mənbəyini qeyd edirəm şərhdə.
Hal-hazırda sayt əsasən azərbaycan sektorunu əhatə edir, amma mənim əsas prioritetim daha geniş bir auditoriya üçün faydalı olmaqdır. Rus sektoru ilə bağlı kitabları yaxın zamanda əlavə etməyi planlaşdırıram.
Yuxarıda qeyd olunmayan (Fransız, Alman) sektorlardan elə də başım çıxmır, ona görə o dairəyə yaxınsızsa, xahiş edirəm, Telegramda mənimlə əlaqə saxlayın! Sizə hansı kitabların faydalı olacağını öyrənmək istərdim.
Həmçinin, kitabların əlavə edilməsini xahiş edə bilərsiniz. İmkanım çatarsa, kitabı alıb sayta yükləyəcəm.
bu vebsaytdan nə qazanıram?
Maddi olaraq? Heç bir şey :)
Bunu mırt və imtahanlara hazırlaşanlara kömək etmə istəyindən edirəm. Əgər bu, bir neçə insana belə faydalı olarsa, mənim üçün yetərli olar.
kömək etmək istəyirəm!
Buyur!
Aydın səbəblərə görə, hər bir kitabı əhatə etmək mümkün deyil. Sizin kimi, mən də müəyyən qrup üzrə hazırlaşıram, buna görə də vaxtım və imkanlarım məhduddur. Amma hər birimiz köməkləşsək, çox insan üçün faydalı olan bir şey yarada bilərik.
Həmçinin diqqətinizə çatdırmaq istəyirəm ki, kömək yalnız kitab göndərməkdən ibarət deyil.
Bu layihəni yaşatmaq üçün istənilən şəkildə dəstək vermək — fikrinizi bildirmək, inkişafda kömək etmək və ya sadəcə saytın yayılmasına kömək etmək istəyirsizsə — mənə Telegram-da yazın. Eyni fikirdə olan insanlarla tanış olmaqdan məmnun olaram.